Asmir Beqoviç rəsmən "Qarabağ"da - FOTOLAR

 Asmir Beqoviç rəsmən "Qarabağ"da -  FOTOLAR
  03 Sentyabr 2019    Oxunub:5051
"Qarabağ” növbəti transferini reallaşdırıb.
Azvision.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un bosniya və herseqovinalı qapıçısı Asmir Beqoviçi cari ilin sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, 32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb. 2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.









Azvision.az



Teqlər: Qarabağ   Qapıçı   Transfer  





Xəbər lenti