Skolari istefaya göndərildi

Skolari istefaya göndərildi
  04 Sentyabr 2019    Oxunub:1804
Braziliyanın "Palmeyras" klubu baş məşqçi Luis Felipe Skolarini istefaya göndərib.
Azvision.az xəbər verir ki, komanda ardıcıl 7 oyunda qalib gələ bilmədiyi üçün rəhbərlik 70 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Skolari bir müddət Braziliya millisinə də rəhbərlik edib.

Azvision.az





Teqlər: Skolari   İstefa  





Xəbər lenti