Sərdar Cəlaloğlu ziyalı kütləni tənqid etdi

Sərdar Cəlaloğlu ziyalı kütləni tənqid etdi
  06 Dekabr 2013    Oxunub:1555
“Bu gün Azərbaycanda elə ziyalı yoxdur ki, milyonlarla insanı öz ətrafında toplaya bilsin”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri hesab edir ki, kütlənin hansısa ziyalının ətrafında toplaşması həm də situasiyadan asılıdır:

“Bu cür insanların olmadığını da demək mümkün deyil, çünki adətən kütlə psixologiyası elədir ki, heç kimin gözləmədiyi adi bir insanın da bir sözü ilə milyonlarla insan onun ətrafında toplaşa bilər. Söhbət şəxsiyyətdən deyil, situasiyadan gedir. İndi elə bir situasiya yoxdur ki, elə şəxsiyyətin olduğunu deyək”.

Ziyalılar Forumuna gəlincə isə o vurğulayıb ki, bu qurum müvəqqəti idi:

“İndi nə Ziyalılar forumu toplaşır, nə də camaatın ona etimadı var. Orada Rafiq Əliyev, Ramiz Rövşən kimi bir neçə ziyalı var ki, həqiqətən də öz xalqının yanındadır. Əgər mən dediyim situasiya yaransa, onların bir sözü ilə milyonlarla insan onların ətrafında toplaşa bilər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti