“Çağ Öyretim Şirkəti bağlanmayacaq” - AÇIQLAMA
O cümlədən Azərbaycanda fəaliyyət göstərən bu tip liseylərin də taleyinin sual altında olduğu qeyd edilir.
Məsələyə aydınlıq gətirmək üçün AzVision.az Çağ Öyrətim İşlətmələri ilə əlaqə saxlayıb.
Şirkətin baş idarəsinin nümayəndəsi Amin Allahverdiyev açıqlamasında liseylərin bağlanması haqda xəbərləri təkzib edib. Bildirib ki, Azərbaycandakı türk liseylərinin bağlanması haqqında yayılan məlumatlar yalandır və belə təhlükə yoxdur.
“Yalan məlumatlardır. Birinci dəfədir ki, sizdən eşidirəm. Fəaliyyətimizi normal şəkildə davam etdiririk. Bağlanmaqda söhbət belə gedə bilməz. Qarşıda görüləcək böyük işlərimiz var”.
Nihadə Eyyubova