Yola 3 milyon manat ayrıldı

Yola 3 milyon manat ayrıldı
  06 Dekabr 2013    Oxunub:1100
Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 90 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.


Teqlər:  





Xəbər lenti