“Azəriqaz” iş qrafikində dəyişiklik edib
Bildirilib ki, bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələrin yarandığını nəzərə alaraq, sabahdan etibarən Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında (Volkswagen Bakı Mərkəzinin yanı) müştəri xidmətlərinin göstərilməsi üçün əlavə işçilər ayrılacaq:
“Onlar həftənin 7 günü fəaliyyət göstərəcəklər. Bundan başqa, Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində də xidmət əvvəlki qaydada davam etdiriləcək”.
Azvision.az
Teqlər: Azəriqaz