Milli Demokratiya İnstitutunun işçisi aktiv mitinq iştirakçısıdır - EKSKLÜZİV

Milli Demokratiya İnstitutunun işçisi aktiv mitinq iştirakçısıdır - EKSKLÜZİV
  12 Mart 2013    Oxunub:1665
ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə facebook inqilabı üçün milyonlar xərcləməsi iddiası ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

Eynulla Fətullayevin məsələ ilə bağlı məqaləsində adı hallanan İnsitutun Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs facebook statusunda məsələyə münasibət bildirib. O qeyd edib ki, son günlər Azərbaycanın mətbuat və televiziya efirində Milli Demokratiya İnstitutu barədə təhrif olunmuş və yanlış informasiya yerləşdirilib:

“NDİ-nin proqramları heç bir partiyanı dəstəkləmir və institut Azərbaycanda nə hökumət leyhinə, nə də əleyhinə olan qüvvələri dəstəkləyir. O bildirib ki, institutun əsas işi bütün dünyada vətəndaşların iştirakı ilə demokratik institutlara dəstək və onların güclənməsinə yardım etməkdən, hökumətə açıqlıq və hesabatlılıqdan ibarətdir.

Ancaq faktlar heç də bunu göstərmir. Belə ki, MDİ-nin Azərbaycan nümayəndələyinin təlimçisi Ruslan Əsəd istər Facebook, istərsə də Twitter hesabında yazdığı status və şərhlərlə mövqeyini açıq-aşkar nümayiş etdirir və Qriqoryevsin söylədiyi kimi neytrallıq sərgiləmir.

Qeyd edək ki, ötən bazar, Ruslan Əsədov icazəsiz “Əsgər ölümünə son” aksiyasının fəallarından biri kimi saxlanılıb.

Buna bitərəflik demək olarmı?

Qalereya




Teqlər:  





Xəbər lenti