Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ş.Sadıxlı 2 naməlum şəxsin onu döyüb 60 manat pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunan Q.Soltanov və Sumqayıt şəhər sakini R.İsrafilov saxlanılıblar.