İlham Əliyevin rəsmi səfəri başladı

İlham Əliyevin rəsmi səfəri başladı
  12 Mart 2013    Oxunub:1491
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Respublikasına rəsmi səfərə gəlib.
Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vujanoviç qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vujanoviçə təqdim olunub.


Teqlər:  





Xəbər lenti