ABU-nun keçmiş tələbələri Mikayıl Cabbarova müraciət etdi

ABU-nun keçmiş tələbələri Mikayıl Cabbarova müraciət etdi
  07 Dekabr 2013    Oxunub:1686
Mikayıl Cabbarova Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsillə bağlı müraciət olunub.

Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Tarix Muzeyində Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edib.

AzVision.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, müxtəlif səbəblərdən təhsildən kənarda qalmış məktəbyaşlı uşaqların təhsilinin davam etdirilməsi, təhsil sənədlərinin tanınması, təhsil müəssisələrində çalışmanın yaş həddi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil formasının dəyişdirilməsi, bərpası, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət və digər məsələlərlə əlaqədar müraciət ediblər.

114 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.


Teqlər:  





Xəbər lenti