Yurçeviçin məğlubiyyət şərhi: “Futbolçularımla qürur duyuram”

  07 Sentyabr 2019    Oxunub : 1566
Yurçeviçin məğlubiyyət şərhi: “Futbolçularımla qürur duyuram”
"Hər iki komanda oyuna yaxşı hazırlaşmışdı, intensiv oyun izlədik"
Azvision.az xəbər verir ki, bunu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels yığmasına məğlub olan Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis oyunla bağlı təəssüratlarını açıqlayıb: "Komanda olaraq düzgün oynadıq, sona qədər mübarizə apardıq. Təəssüf ki, bəxtsiz qollar buraxdıq. Halbuki bir xal qazanmağa layiq idik. Futbolçularımın çıxışından razı qaldım, onlarla qürur duyuram".

Qeyd edək ki, Kardiff şəhər stadionunda keçirilən oyunda Uels millisi Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Azvision.az

Teqlər: NikolaYurçeviç