Həbib, yoxsa Porye? - Dünya bu döyüşü gözləyir
Qeyd edək ki, dağıstanlı döyüş ustası 2018-ci ilin aprel ayında amerikalı El Yakvinta ilə mübarizədə çempionluq kəmərini qazanıb və oktyabrda irlandiyalı Konor Makqreqorla uğurlu döyüş keçirərək bu adı qoruyub. Ümumilikdə isə 30 yaşlı Nurməhəmmədov 27 qələbə qazanıb və bir dəfə də olsun məğlubiyyətə uğramayıb.
Porye isə bu il aprelin 14-də öz həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və təşkilatın müvəqqəti çempionu titulunu qazanıb. 30 yaşlı Poryenin aktivində 25 qələbə və 5 məğlubiyyət var, daha bir döyüş isə baş tutmamış hesab edilib.
Azvision.az