Millimiz Çexiyanı darmadağın etdi

Millimiz Çexiyanı darmadağın etdi
  08 Sentyabr 2019    Oxunub:2541
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Fiqueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində növbəti oyununu keçirib.
Azvision.az xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının 6:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Ramil Əliyev (2), Sabir Allahquliyev (2), Amid Nəzərov və Əbdül Əliyev vurublar.

Qeyd edək ki, komandamız A divizionunda qalmaq uğrunda keçiriləcək oyunda sabah Qazaxıstan yığması ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Azvision.az



Teqlər: Futbol   Milli   Çimərlik  





Xəbər lenti