Azərbaycan güləşçisi çempion olub

  08 Sentyabr 2019    Oxunub : 866
Azərbaycan güləşçisi çempion olub
Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
Azvision.az xəbər verir ki, ilk yarış günündə qrup mərhələsinin görüşləri baş tutub.

Azərbaycan təmsilçisi Oyan Nəzəriani (+90 kq) Serbiya güləşçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

İkinci yarış günündə həlledici qarşılaşmalar olub. O. Nəzəriani yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.

Azvision.az

Teqlər: Güləş   Çempion