Lekler İtaliya Qran-Prisinin qalibi olub
“Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas yarışı ikinci, britaniyalı Luis Hamilton isə üçüncü pillədə başa vurublar.
Pilotların cədvəlinə 284 xalla L.Hamilton başçılıq edir. V.Bottas 221xalla ikinci, Maks Ferstappen (“Red Bull Racing”) isə 185 xalla üçüncüdür.
Konstruktorlar kubokunda “Mercedes” 505 xalla birinci yerdədir. Hesabında 351 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 266 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti yarış iki həftə sonra Sinqapurda keçiriləcək.
Azvision.az