Prosineçki istefa verib

Prosineçki istefa verib
  09 Sentyabr 2019    Oxunub:2000
Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.
Azvision.az xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsində bu gün Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Prosineçki İrəvandakı məğlubiyyətdə özünü günahlandırıb: “Milliyə Avropa çempionatına vəsiqə qazanmaq üçün gəlmişdim. Bütün şanslarımız tükənməsə də, məsuliyyəti öz üzərimə götürürəm. Elə buna görə də istefa verirəm”.

Xatırladaq ki, Prosineçki ötən ilin yanvar ayından Bosniya və Hersoqovina millisini çalışdırırdı.

Qeyd edək ki, Bosniya və Hersoqovina millisi Avro-2020-nin seçmə mərhələsində 6 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb.

Azvision.az


Teqlər: Futbol   Prosineçki   İstefa  





Xəbər lenti