Bakıda polo üzrə Dünya Kuboku keçiriləcək

  09 Sentyabr 2019    Oxunub : 936
Bakıda polo üzrə Dünya Kuboku keçiriləcək
Sentyabrın 13-də Bakıda polo üzrə Dünya Kuboku start götürəcək.
Azvision.az -ın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar.

İlk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrə “Evviva Polo Club St. Moritz”i arasında olacaq. Günün ikinci görüşündə “Los Nocheros Polo Club Münster” (Almaniya) “Planernaya Polo Club Moscow” (Rusiya) klubunu sınağa çəkəcək.

Turnirin ikinci günü İsveçrə və Almaniya təmsilçiləri üz-üzə gələcək. Ardınca “Elite Horse & Polo Club Baku” meydana çıxacaq. Komandamızın rəqibi “Planernaya Polo Club Moscow” olacaq.

Reqlamentə əsasən, sentyabrın 15-də isə üçüncü yer uğrunda matç olacaq. Yarışa final qarşılaşması ilə yekun vurulacaq.

Azvision.az

Teqlər: Polo