Millimiz Xorvatiyanı məyus etdi, ilk xalını qazandı - Yenilənib

Millimiz Xorvatiyanı məyus etdi, ilk xalını qazandı -  Yenilənib
  10 Sentyabr 2019    Oxunub:5930
Futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Azvision.az xəbər verir ki, yığmamız 6-cı turda Xorvatiya millisi ilə qarşılaşıb. Görüş Bakıda "Bakcell Arena" stadionunda keçirilib.
Matçın 11-ci dəqiqəsində Luka Modriç penaltidən hesabı açıb. Görüşün ilk hissəsində qapılara əlavə qol vurulmayıb. 72-ci dəqiqədə Təmkin Xəlilzadə hesabı bərabərləşdirib.

Maraqlı epizodlarla yadda qalan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bununla da Azərbaycan millisi qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyunun hamısında uduzub.

Azvision.az



Teqlər: Avro-2020   Milli   Xorvatiya  





Xəbər lenti