Sülhəddin Əkbər pul axtarır

Sülhəddin Əkbər pul axtarır
  07 Dekabr 2013    Oxunub:968
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər partiyanın qərargah problemindən danışıb. O AzVision.az-a açıqlamasında hazırda qəragahsız olduqlarını deyərək, buna səbəb kimi maddi dəstəyin olmadığını göstərib.

Ofisi əlindən alınaraq AXCP-yə verilən S.Əkbər pulsuzluqdan əziyyət çəkdiklərini deyib.

“Partiya üçün qərargah axtarmıram, çünki bunun üçün ilk növbədə stabil maliyyə qaynağı olmalıdır. Qərargahın pulunu ödəmək lazımdır axı”.

Qeyd edək ki, bu ilin avqustunda ACP-nin Nərimanov rayonunda yerləşən ofisi obyekt sahibi tərəfindən əllərindən alınaraq AXCP-yə verilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti