“Səsim Sami Yusufun xoşuna gəlir” - Tanınmış xanəndə

 “Səsim Sami Yusufun xoşuna gəlir” -    Tanınmış xanəndə
  10 Sentyabr 2019    Oxunub:7413
Azərbaycan əsilli müğənni Sami Yusuf dahi şair, görkəmli mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb. Müğənni kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.
Kompozisiyanın ifaçıları arasında azərbaycanlı muğam ustadı Təyyar Bayramov və aşıq Samirə də var.

Təyyar Bayramov Azvision.az - a bildirib ki, ifa üçün öncə oğlu Kənan Bayramlı dəvət olunub: “Oğlum Kənanın səsi Sami Yusufun xoşuna gəlmişdi. O, əvvəldə oğlumu dəvət etmişdi. Bir aydan sonra mənə zəng oldu, dedilər, Sami Yusuf sənin də səsini bəyənib. Dövlətin sifarişi ilə konsert keçirilirdi. Həmin konsertdə oğlumla birgə 3 repertuarda ifam oldu. Gecə saat 1-ə kimi məşq edirdik. Son məşqdə Mədəniyyət naziri Əbülfəz Qarayev də iştirak edirdi. Repertuarlar yeni idi, Sami Yusuf konsertdən əvvəl onları nota almışdı. Ona bu qəzəli kimin təklif etdiyini bilmirəm. Yəqin ki, kiminləsə məsləhətləşmişdi. Bizə hazır formada repertuar təqdim olundu. İyunun 30-da konsertimiz baş tutdu”.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Sami-Yusuf   Muğam  





Xəbər lenti