“Qarabağ” – “Sevilya” oyununun biletləri satışda

  13 Sentyabr 2019    Oxunub : 903
“Qarabağ” – “Sevilya” oyununun biletləri satışda
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində sentyabrın 19-da Bakıda oynanılacaq “Qarabağ” - “Sevilya” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Azvision.az klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, “28 Mall”, “Park Bulvar”dakı “iTicket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

“A” qrupunda yer alan “Qarabağ”ın digər rəqibləri Kiprin APOEL və Lüksemburqun “Düdelanj” klublarıdır.

Xatırladaq ki, cari mövsümdə avrokuboklarda mübarizəyə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindən başlayan “Qarabağ” komandası APOEL ilə qarşılaşıb. Səfərdə rəqibini məğlub edən (2:1) ağdamlılar doğma meydanda 0:2 hesabı ilə uduzublar. APOEL isə ilk görüşdə heç-heçə etdiyi “Ayaks” klubuna cavab qarşılaşmasında 0:2 hesabı ilə uduzduğundan mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Azvision.az

Teqlər: Qarabağ   UEFA   AFFA