“Qarabağ”ın qapıçısı “Sumqayıt”a keçdi

“Qarabağ”ın qapıçısı “Sumqayıt”a keçdi
  14 Sentyabr 2019    Oxunub:2860
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində təkcə "Qarabağ"da oynayan Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.

Azvision.az



Teqlər: Qarabağ   Sumqayıt  





Xəbər lenti