Məhəmmədrəsul ilk döyüşdə nakautla qələbə qazandı

  14 Sentyabr 2019    Oxunub : 890
Məhəmmədrəsul ilk döyüşdə nakautla qələbə qazandı
Azərbaycanın üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünü keçirib.
Azvision.az xəbər verir ki, Məcidov Nyu-Yorkdakı "Medison Skver Qarden"də təşkil olunmuş qarşılaşmada ABŞ təmsilçisi Ed Fonteyn üzərində qələbə qazanıb. 33 yaşlı idmançı üçüncü raundda texniki nokautla qələbə qazanıb.

Qeyd edək ki, Ed Fonteyn peşəkar rinqdəki 12 döyüşündə 7 dəfə qalib olub.

Azvision.az

Teqlər: MəhəmmədrəsulMəcidov   Peşəkar   Boks