Güləşçimiz dünya çempionatının finalına yüksəldi

Güləşçimiz dünya çempionatının finalına yüksəldi
  14 Sentyabr 2019    Oxunub:1995
Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatına start verilib.
Azvision.az xəbər verir ki, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kiloqram çəki dərəcələrində yarışlar keçirilib.

Güləşçimiz Rafiq Hüseynov (82 kq) moldovalı Mixail Bradu, Ukrayna idmançısı Yuri Şkriuba, qazaxıstanlı Maxat Yerejepov və İran təmsilçisi Seyid Abdvalini məğlub edərək dünya çempionatının finalına yüksəlib. Sentyabrın 15-də keçiriləcək həlledici qarşılaşmada təmsilçimizin rəqibi Gürcüstan güləşçisi Laşa Qobadze olacaq.

Dünya çempionu Eldəniz Əzizli (55 kq) də yarışa qələbə ilə başlayıb. Təmsilçimiz hindistanlı Manjet Manjeti məğlub edərək dörddəbir finala yüksəlib. İdmançımızın növbəti rəqibi Monqolustan güləşçisi Davaabandi Munh Erden olub. Rəqibini məğlub edən dünya çempionumuz yarımfinalda qazaxıstanlı Korlan Jokanşa ilə qarşılaşıb. Görüşdən məğlub ayrılan E.Əzizli sentyabrın 15-də keçiriləcək bürünc medal uğrunda qarşılaşmada Abdelkarim Ferqat (Əlcəzair)-Maks Emilyano Nouri (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.

Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti