Güləşçimiz 39 saniyəyə dünya üçüncüsü oldu

Güləşçimiz 39 saniyəyə dünya üçüncüsü oldu
  16 Sentyabr 2019    Oxunub:1861
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından Azvision.az-a verilən məlumata görə, idmançı III yer uğrunda görüşdə ABŞ təmsilçisi Maks Emilyano Nurini vaxtından əvvəl tam üstünlüklə (ABŞ) məğlub edib. E. Əzizli cəmi 39 saniyəyə qələbəni rəsmiləşdirib.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti