“Qarabağ” “Neftçi”ni məğlub etdi

  15 Sentyabr 2019    Oxunub : 937
“Qarabağ” “Neftçi”ni məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.
Azvision.az xəbər verir ki, günün əsas qarşılaşması son ölkə çempionu "Qarabağ" klubu ilə "Neftçi" arasında baş tutub.

Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər. Maraqlı epizodlarla yadda qalan matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsilə ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 31-ci dəqiqədə Mahir Emreli, 69-cu dəqiqədə Abdulla Zubir vurub.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 12-ə çatdıran "Qarabağ" turnir cədvəlində vahid liderliyini qoruyub.

Azvision.az

Teqlər: Qarabağ   Neftçi