Daha iki boksçumuz dünya çempionatının 1/8 finalında

Daha iki boksçumuz dünya çempionatının 1/8 finalında
  16 Sentyabr 2019    Oxunub:1880
Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, digəri isə yarışla vidalaşıb. Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev türkmənistanlı Yazmurat Qurbanovu, 81 kiloqram çəki dərəcəsində çıxış edən Alfonso Dominqes İspaniya təmsilçisi Qazimaqomed Calidovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. İsmayıl Yaqubov (91 kiloqram) isə Ukrayna təmsilçisi Marat Qriqoryanı üstələyə bilməyib.

Səkkizdəbir finalda T.Əliyevin rəqibi ingiltərəli Peter Makqraillə, A.Dominqes isə avstriyalı Umar Cambekovla qarşılaşacaq. Hər iki görüş sentyabrın 17-də olacaq.

Qeyd edək ki, ötən gün Məsud Yusifzadə (52 kiloqram) də 1/8 finala yüksəlib.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Azvision.az



Teqlər: Boks   Dünya-Çempionatı  





Xəbər lenti