Bankın vəzifəli məmuru həbs olundu

Bankın  vəzifəli məmuru  həbs olundu
  12 Mart 2013    Oxunub:1461
Baş Prokurorluq növbəti korrupsiya faktı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xətai rayon məhkəməsinin «Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərargahı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, ASC-nin əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədi ilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 min 500 manat məbləğində kredit götürüb və atası Sabir Quliyevin adına olan mənzil ipoteka ilə yüklü edilərək qeydə alınıb.

Bundan sonra cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45.0 min manat məbləğində kredit götürməsi barədə cəmiyyətlə qanunsuz müqavilə bağlanıb və qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılıb.

Bununla da dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.



Teqlər:  





Xəbər lenti