Mariya Stadnik finala yüksəldi - Yenilənib

  17 Sentyabr 2019    Oxunub : 2691
 Mariya Stadnik finala yüksəldi - Yenilənib
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib.

Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. O, 1/4 finalda Rusiya idmançısı Yekaterina Poleşçuk ilə qarşılaşıb. Rəqibini 11:0 hesabı ilə məğlub edən Stadnik yarımfinala yüksəlib.

Təmsilçimiz növbəti görüşdə çinli rəqibi Yanan Suna qalib gələrək finala çıxıb. Sabah keçiriləcək final görüşündə Stadnik rumıniyalı güləşçi Emilia Alina Vutsla qarşılaşacaq.

Qeyd edək ki, Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub.

Azvision.az

Teqlər: Mariya-Stadnik   Güləş   Qələbə