Ağır atletika üzrə dünya çempionatı Çində keçiriləcək

  17 Sentyabr 2019    Oxunub : 785
Ağır atletika üzrə dünya çempionatı Çində keçiriləcək
Çinin Çuntsin şəhəri ağır atletika üzrə dünya birinciliyinin keçiriləcəyi yer olacaq.
Bu barədə Azvision.az -a məlumatı Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) mətbuat xidməti yayıb. Qərar Tailandın Pattaya şəhərində keçirilən IWF İcraiyyə Komitəsinin ikigünlük iclası zamanı qəbul edilib. Bu gün orada dünya çempionatına start verilir. Çin dünya birinciliyini 1995-ci ildən bəri ilk dəfə qəbul edəcək. O vaxt turnir Quançjouda keçirilmişdi.

“Biz Beynəlxalq Ağır Atletika Federasiyasının himayədarlığı ilə Çuntsin şəhərinin 2022-ci ildə dünya çempionatının keçiriləcəyi yer seçilməsini elan etməyə şadıq. Əminik ki, tədbir yüksək səviyyədə təşkil olunacaq. Bu, bütün dünyaya Çində yeni ağır atletika erasının başlanğıcını nümayiş etdirəcək”, - deyə IWF-in məlumatında bildirilir.

Ağır atletika üzrə ilk dünya çempionatı 1891-ci ildə Böyük Britaniyada keçirilib. 2022-ci il turniri Çin üçün cəmi ikincisi olacaq. Lakin mükafatların sayına görə bu ölkənin yığması çempionatın tarixində 295 medalla (172 qızıl, 82 gümüş və 41 bürünc) birinci yeri tutur. İkinci yerdə keçmiş SSRİ komandasıdır (151-90-33).

Azvision.az

Teqlər: Ağır-Atletika