260 nəfər işlə təmin edildi

260 nəfər işlə təmin edildi
  08 Dekabr 2013    Oxunub:1231
Ağdaşda 260 nəfər işlə təmin edilib.
Ağdaş rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, cari ilin 11 ayında rayon məşğulluq mərkəzində 344 işaxtaran qeydiyyatdan keçib. Həmin dövrdə 260 nəfər müvafiq işlə təmin edilib. İşə düzələnlərin 50 faizini gənclər təşkil edir. Vətəndaşlar əsasən təhsil, səhiyyə, tikinti, istehsal və xidmət sahələrində, iaşə obyektlərində işlə təmin olunublar.

Qeydiyyatdan keçən vətəndaşlardan 30-u haqqı ödənilən ictimai işlərə, 69-u peşə hazırlığı kurslarına cəlb edilib, 7 nəfərə işsizliyə görə müavinət verilib.


Teqlər:





Xəbər lenti