Ukraynaya da satacağıq

Ukraynaya da  satacağıq
  12 Mart 2013    Oxunub:1202
Azərbaycan Ukraynaya qaz ixrac etməyə hazırlaşır
Azərbaycan qazının Ukraynaya nəqli Bakıda səfərdə olan Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski ilə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında bu gün keçirilən görüşdə müzakirə olunub.

E.Stavitski bildirib ki, danışıqlarda Azərbaycan təbii qazının Ukraynaya sıxılmış və ya maye vəziyyətində nəqli imkanları müzakirə edilib. Bu məsələnin araşdırılması nazirliklərin nəzdində fəaliyyət göstərən işçi qruplarına həvalə edilib.

Ukraynalı nazir üçüncü tərəfləri narahat etməmək üçün Ukraynaya ixrac ediləcək Azərbaycan qazının həcmini açıqlamayıb:
«Çünki bu ikitərəfli deyil, çoxtərəfli məsələdir. Biz razılaşmışıq ki, bu məsələnin müzakirəsi üçün yaxın vaxtlarda yenidən görüş keçirilsin.(apa)


Teqlər:





Xəbər lenti