Qurban Qurbanov: “Uğurlu nəticə qazana bilərik”

  18 Sentyabr 2019    Oxunub : 872
 Qurban Qurbanov: “Uğurlu nəticə qazana bilərik”
"Sevilya" kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidir. Bir ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər.
Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Sevilya" ilə keçiriləcək oyunla əlaqədar mətbuat konfransında deyib.

Baş məşqçi qeyd edib: "Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq. Baxmayaraq ki, “Sevilya” Avropa Liqasında çıxış edir, düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdir. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik".

Azvision.az

Teqlər: Qarabağ   QurbanQurbanov   Sevilya