Hacı Əliyevə qarşı haqsızlıq, qalmaqal düşdü - VİDEO
Azvision.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu H.Əliyev rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib. Hakimlərin haqsız qərarı nəticəsində təmsilçimiz ilk görüşdə uduzub.
Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb. Hakimlər isə cavab olaraq qırmızı vərəqəni Əliyevə göstərərək onu yarışdan uzaqlaşdırıblar. Güləşçi daha sonra hakimlərin üzərinə getmək istəyib. Məşqçilər və yerli polisin müdaxiləsindən sonra Əliyevi güləş döşəyindən uzaqlaşdırmaq mümkün olub.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Hacı-Əliyev Güləş