Azərbaycan MDB ölkələrinin iclasında təmsil olunur
34-cü iclasa Belarus Respublikası sədrlik edir. İclası açan Belarus Mədəniyyət nazirinin birinci müavini Natalya Karçevskaya qonaqları salamlayaraq gündəlik haqqında məlumat verib.
Sonra ev sahibi ölkənin – Tacikistanın Mədəniyyət naziri Şəmsəddin Orumbekzadə iştirakçıları ölkəsinin hökuməti adında salamlayıb.
Gündəlik üzrə məsələlərin müzakirəsində Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Özbəkistan, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətlərinin başçıları çıxış ediblər.
İclasda 2021-2025-ci illər üçün MDB ölkələrinin mədəniyyət sahəsində əsas əməkdaşlıq tədbirlərinin layihələri nəzərdən keçirilir. Müzakirələr tarixi-mədəni irsin qorunması və istifadəsi, muzey işi, kitabxana sahəsi, teatr-konsert fəaliyyəti, təsviri sənət, kitab nəşri, informasiya fəaliyyəti, musiqi və kino sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə edilir.
İclasda “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramımın icrası ilə bağlı məsələyə də baxılıb. Belarus Mədəniyyət nazirinin birinci müavini N.Karçevskaya proqramın bu il Brestdə (Belarus) həyata keçirilməsi barədə məlumat verib. Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkisa Daueşov gələn il “Birliyin mədəniyyət paytaxtı” olacaq Şımkənd şəhərində proqrama hazırlığın gedişi barədə məruzə edib.
Şura üzvləri həmçinin Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Qələbə muzeyində “Qələbə ərazisi” layihəsi ətrafında da müzakirələr aparıblar.
Azvision.az
Teqlər: Azərbaycan