Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana “YOX” deyək! - FOTOLAR

Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana “YOX” deyək! -  FOTOLAR
  20 Sentyabr 2019    Oxunub:4721
Bu gün Bakıda "Sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyək!" adlı dəyirmi masa keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə 50-dən çox QHT nümayəndələri, 40-a yaxın KİV-lər, ziyalılar və ümumilikdə 100-dən çox müxtəlif sahələrin təmsilçiləri iştirak ediblər.

Ziyalılardan Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, Azərbaycan Nasirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsədzadə, araşdırmaçı-jurnalist Aida Eyvazlı, kulturoloq, professor, Xəzər televiziyasında Bədii Şuranın üzvü Fuad Məmmədov, 1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, XI Müfti Hacı Salman Musayev xalq yazıçısı, ssenarist, hüquq elmləri doktoru, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdulayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov, xalq artisti Mənsum İbrahimov, xalq şairi, dramaturq Nəriman Həsənzadə, teatrşünas tənqidçi, jurnalist , Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, AzTV-nin Mədəniyyət kanalı direktorunun müavini İlham Rəhimli, nasir,şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və dəyirmi masaya telefonla qoşulan xalq artisti Arif Babayev və akademik Teymur Bünyadov tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Sosial-şəbəkə   Hüquq-müdafiəçiləri  





Xəbər lenti