Milan derbisini “İnter” qazandı - VİDEO

  22 Sentyabr 2019    Oxunub : 1439
Milan derbisini “İnter” qazandı - VİDEO
İtaliya A Seriyasında 4-cü turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "San Siro" stadionunda baş tutub. "Derby della Madonina" adlanan derbidə "Milan" klubu "İnter" komandasını qəbul edib. Görüş qonaqların 0:2 hesablı qələbəsilə yekunlaşıb.



Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "İnter" turnir cədvəlində birinci pillədə qərarlaşıb, “Milan” isə 6 xalla 7-ci yerdədir.

Azvision.az

Teqlər: Milan   İnter