Bakıda sərnişin avtobusu drenaj xəttinə düşüb - Yenilənib

  23 Sentyabr 2019    Oxunub : 2114
 Bakıda sərnişin avtobusu drenaj xəttinə düşüb - Yenilənib
Səhiyyə Nazirliyi Qaradağda qəzaya düşən sərnişin avtobusunda xəsarət alan sərnişinin səhhəti ilə bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 149 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb: “Nəticədə bir nəfər kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda müalicəsi davam edir”.

***12:31

Bakı Nəqliyyat Agentliyi (BNA) Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. BNA-dan Azvision.az -a bildirilib ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

"Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır".

Qeyd edilib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

Azvision.az

Teqlər: BNA   Qəza