“Goreşən” əməliyyatı

“Goreşən” əməliyyatı
  20 Yanvar 2013    Oxunub:6633
1985-ci ildə hansısa gizli qüvvə Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfatın ən yaxın ətrafına daxil olan şəxsləri bir-bir “dənləməyə” başlayır. Qısa vaxtda 10 komandir aradan götürülür. Bundan sonra isə Ərəfatın “Göreşən” ləqəbli köməkçisinə bir məktub gəlir.
Həm də məktubu balaca bir uşaq gətirmişdi – yəni məktubu göndərənlər bununla göstərmək istəyirdilər ki, onun harada olduğunu gözəl bilirlər. Məktubda ona təklif olunurdu ki, növbəti qurbanı özü seçsin. “Goreşən” bunun nə demək olduğunu dərhal başa düşür: növbəti qurban elə onun özü ola bilər…

Ərəfatın “qudurması”

Bundan bir neçə gün əvvəl Livanda belə bir hadisə baş vermişdi: SSRİ-nin Livandakı səfirliyinin dörd əməkdaşı – həkim Nikolay Svirski, vitse-konsul Arkadi Katkov və xarici kəşfiyyatın rezidentləri Oleq Spirın ilə Valeri Mırikov maşında gedərkən oğurlanıb naməlum istiqamətdə aparılmışdılar. Üstəlik, Arkadı Katkov müqavimət göstərdiyi üçün onu yaralamış, yarasında qanqrena başladığı üçün güllələmişdilər.
Sovet kəşfiyyatı öyrənə bilmişdi ki, bu işin arxasında Yasir Ərafatın “Goreşən” ləqəbli köməkçisi İmad Luqniya dayanır.
Bundan az sonra Luqniya SSRİ-nin Livandakı səfirliyi ilə əlaqə yaradaraq, belə bir tələb irəli sürür: SSRİ Suriya prezidenti Hafiz Əsədə təzyiq göstərməlidir ki, o, Şimali Livandakı əməliyyatları dayandırsın və həmin ərazini Fələstinə buraxsın. Əks təqdirdə oğurlanan diplomatlar öldürüləcəklər.
Səfir bununla bağlı “yuxarılara” məlumat verəndə ona Yasir Ərafatla danışmağı və necə lazımdır başa salmağı məsləhət görürlər. Səfir də Ərafata başa salmağa çalışır ki, dostlara, hamilərə qarşı belə eləmək olmaz, amma bu danışıq heç bir nəticə vermir, əksinə, Ərəfat daha da sərtləşir. O, dəstəyi yerə qoyandan sonra yanındakı insanlara tapşırır ki, təzyiqləri bir az da artırsınlar. FAT-ın rəhbəri bilmirdi ki, hətta dəstəyi qoyandan sonra da ruslar onu dinləyirlər.
Ərəfatı SSRİ-yə qarşı bu cür davranmağa kim və sövq edə bilərdi?.. Burası məlum deyil və onu heç SSRİ rəhbərlyində də bilmirdilər. Amma qərara gəlirlər ki, onun nazıyla çox da oynamaq lazım deyil. Və girovları azad etmək üçün “Vımpel” qrupuna xüsusi tapşırıq verilir.

“Vımpel” qrupu

1980-ci illərin əvvəllərində SSRİ DTK-nın sədri Yuri Andropov Birinci Baş İdarənin “C” Bölməsinin rəisi Yuriy Drozdova tapşırır ki, ölkə xaricində xüsusi əməliyyatlar həyata keçirmək üçün məxfi qrup yaradılmaldır. Drozdov razılaşır və 1981-ci ildə Siyasi Büro bu barədə qərar qəbul edir, 84-cü ildə isə “Vımpel” qrupu yaradılır.
Ora minə yaxın seçmə zabit qəbul edilmişdi. Onların hamısının bir ya bir neçə ali təhsili, samballı təcrübəsi vardı, hamısı bir neçə xarici dil bilirdilər. Qrupun bir üzvünün hazırlanmasına 3-4 il vaxt və 100.000 rubl pul sərf olunurdu. Andropov istəyirdi ki, bu qrup bütün dünyada rəqibləri arasında ən yaxşılardan biri olsun…
Başqa ölkələrdə bu cür qrupar haradasa 65-70-ci illərdə yaradıldığından, “Vımpel”in onlara çatması və keçməsi lazım idi. Və “Vımpel” bunu bacarır. Qrupun hazırlıq səviyyəsi eləydi ki, əgər müharibə başlasa, SSRİ ilə düşmən ölkənin rəhbərini fiziki məhv etməyə qadir idi. Bundan başqa, düşmən ölkədə hərbi-strateji obyektləri partlatmaq, sualtı qayıqları ələ keçirmək kimi xüsusi ağır missiyalara yüksək səviyyədə hazırlanılmışdı.
Qrup ancaq DTK sədrinin yazılı əmri ilə tapşırığa gedə bilərdi. Onun ilk əməliyyatlarından biri də 1985-ci ildə Livanda Yasir Ərafatın ətrafına qarşı olmuşdu ki, bu haqda geniş danışacağıq.
“Vımpel” 1991-ci ildə Anatoli Çubaysın təklifilə ləğv olunub.

Telejurnasitlərlə gediş

Ərafatın SSRİ səfirinə verdiyi kobud cavabdan bir neçə gün sonra ölkənin Livandakı iki zabiti – general Vladimir Şubkin və İvan Lukaşev səfirliyin baş hərbi müşavirinin yanına çağırılırlar. Onlar çağırıldıqları yerə gələndə müşavirin yanında daha iki nəfər vardı: məşhur telejurnalist və icmalçı Fərid Seyfülmülükov ilə sovet teleradiosunun Yaxın Şərq üzrə müxbiri Andrey Roqov. Hərbçilərə belə bir tapşırıq verilir: telejurnalistlər Livandakı məşhur Baalbək məbədini çəkməyə gəliblər və onların təhlükəsizliyini təmin etmək lazımdır.

Ardı burada


Teqlər:  





Xəbər lenti