Messi ilin ən yaxşı futbolçusu seçildi

  24 Sentyabr 2019    Oxunub : 1623
 Messi ilin ən yaxşı futbolçusu seçildi
2019-cu ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Azvision.az xəbər verir ki, FİFA-nın milli komandaların baş məşqçiləri, kapitanlar, jurnalistlər və azarkeşlər arasında keçirdiyi gizli səsvermənin nəticələrinə əsasən, qalib “Barselona” klubunun futbolçusu Lionel Messi olub.
Argentinalı ulduz ilin ən yaxşısı olmaq uğrunda mübarizədə Vircil van Deyk (“Liverpul”) və Kriştiano Ronaldonu (“Yuventus”) qabaqlayıb.

Qeyd edək ki, Lionel Messi indiyədək 6 dəfə ilin ən yaxşı futbolçusu seçilib.

Azvision.az

Teqlər: Lionel-Messi