FIFA ilin ən yaxşılarını açıqladı - SİYAHI

  24 Sentyabr 2019    Oxunub : 1397
 FIFA ilin ən yaxşılarını açıqladı - SİYAHI
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) İtaliyanın Milan şəhərində 2019-cu ilin ən yaxşılarını açıqlayıb.
Azvision.az xəbər verir ki, "The Best" mükafatına “Yuventus”dan Kriştiano Ronaldo, “Barselona”dan Lionel Messi və “Liverpul”dan Vircil van Deyk namizəd olublar. Nəticələrə əsasən, argentinalı ulduz futbolçu Messi ilin ən yaxşı kişi futbolçusu seçilib.

Ən yaxşı kişi futbolçu

Lionel Messi (“Barselona”, Argentina)


Ən yaxşı qadın futbolçu

Meqan Rapinoe (“Reyqn”, ABŞ)


Ən yaxşı kişi məşqçi

Yurgen Klopp (“Liverpul”, Almaniya)


Ən yaxşı kişi qapıçı

Alisson Bekker (“Liverpul”, Braziliya)


Ən yaxşı qolun müəllifi

Rumıniyalı futbolçu Daniel Jori

Azvision.az

Teqlər: FİFA