ÇL-nin növbəti 3 finalının keçiriləcəyi şəhərlər açıqlandı

ÇL-nin növbəti 3 finalının keçiriləcəyi şəhərlər açıqlandı
  25 Sentyabr 2019    Oxunub:1923
Çempionlar Liqasının final oyunlarının keçiriləcəyi şəhərlər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə yekun qərarı UEFA-nın prezidenti Aleksandr Çeferin elan edib. O, bildirib ki, Çempionlar Liqasının 2021-ci ildə final görüşü Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

Bundan başqa, 2022-ci ilin finalı Münhenin “Alyans Arena” stadionunda, 2023-cü ildə isə Londonun “Uembli” stadionunda oynanılacaq.

2021-ci ildə UEFA Avropa Liqasının final matçı üçün İspaniyanın “Sevilya” klubunun ev oyunlarını keçirdiyi “Ramon Sançes” stadionu seçilib.

Azvision.az



Teqlər: Çempionlar-Liqası   Final  





Xəbər lenti