Bakıda çiskin olacaq

Bakıda çiskin olacaq
  09 Dekabr 2013    Oxunub:1029
Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 9-dan 10-na keçən gecə və səhər hava şəraitinin çiskinli olacağı, gün ərzində dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.

Cənub-qərb küləyi gün ərzində arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

Rayonlarda dekabrın 10-da əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerdə duman olacaq, cənub-şərq rayonlarında isə az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, bəzi yerlərdə 10-15 dərəcə, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti