Qılıncoynadanımız Moskvada üçüncü oldu

Qılıncoynadanımız Moskvada üçüncü oldu
  25 Sentyabr 2019    Oxunub:2361
Azərbaycan qılıncoynadanları Moskvada təlim-məşq toplanışındadır.
Azvision.az xəbər verir ki, ikiqat Olimpiya çempionu İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində Maqsud Hüseynli, Saleh Məmmədov, Murad Əkbərov və Zərifə Hüseynova Rusiyanın yeniyetmələrdən ibarət komandası ilə birgə hazırlıq keçirlər.

Təlim-məşq toplanışı çərçivəsində yeniyetmə sablyaçımız Zərifə Hüseynova Qılıncoynatma Mərkəzində 2006-cı il təvəllüdlü sablyaçılar arasında açıq turnirə qatılıb. Təmsilçimiz 19 idmançı arasında 3-cü yeri tutub.

Sentyabrın 19-da başlayan hazırlıq prosesinə ayın 30-da yekun vurulacaq. Toplanış oktyabrın 19-20-də Moskvada keçiriləcək yeniyetmələrin “European Cadet Circuit” turnirinə hazırlıq xarakteri daşıyır.

Azvision.az



Teqlər: Qılıncoynadan  





Xəbər lenti