Futzal millimiz Qazaxıstana məğlub olub

  25 Sentyabr 2019    Oxunub : 862
Futzal millimiz Qazaxıstana məğlub olub
Futzal üzrə Azərbaycan millisi sentyabrın 25-də Rusiyanın Həştərxan şəhərində təşkil edilən “Caspian Cup 2019” turnirində sonuncu oyununu keçirib.
Azvision.az xəbər verir ki, komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Tiaqo Teles və Eduardo fərqləniblər.

Qeyd edək ki, millimiz birinci oyunda Rusiyaya 1:2 hesabı ilə məğlub olub. İran komandası ilə oyunda isə qalib müəyyənləşməyib – 2:2.



Azvision.az

Teqlər: Futzal   Milli   Qazaxıstan