Bir gündə 270 min nəfərə xidmət edəcək “Koroğlu” HUB - Mərkəzin əsas özəllikləri
Azvision.az -ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, mərkəzdə sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 platformadan ibarət avtobus terminalı inşa edilib:
M.Ağayev qeyd edib ki, mərkəzin əsas özəlliklərindən biri də ərazisində yaşıllıq zonası-istirahət parkının salınmasıdır. "Burada iqlim şəraitinə uyğun ağaclar əkilib. Bakının müasir inkişaf edən simasına uyğun hazırlanan parkda vətəndaşların istirahəti üçün tam şərait yaradılıb.
Mərkəzin ən mühüm cəhətlərindən biri də fiziki imkanları məhdud insanlar üçün əlçatanlığın təmin olunmasıdır. Hərəkət istiqamətləri boyunca xüsusi tratil döşəmələr salınıb. Platformaların girişində əlil və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılıb".
Qurum rəsmisinin sözlərinə görə, ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərəcəyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək.
"Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlar - ödəmə terminalları quraşdırılıb, avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, konkret dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri təchiz edilib, sərnişinlərin məsuliyyətini əks etdirən məlumatlar və qrafik təsvirlər yerləşdirilib. Mərkəzin ərazisində velosipedlər üçün parklama yeri də hazırlanıb. HUB-ın yaxınlığında taksi duracaq yerlərinin təşkil edilməsi nəzərdə tutulur. Şəhərimzin sürətli sosial-iqtisadi inkişafı ilə ahəng təşkil edən "Koroğlu" HUB konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir".
Aytən Zəhra
Azvision.az