Məhkumun yatağından telefon tapıldı

Məhkumun yatağından telefon tapıldı
  09 Dekabr 2013    Oxunub:951
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.3; 177.2.1; 177.3.1; 177.3.2; 194.2.4 maddələri ilə təqsirli bilinərək həbs olunmuş şəxs Elçin Tariyel oğlu Abdullayevin əşyalarına və üzərinə baxış keçirilərkən yataq yerindən daxilində "Cin" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti