Ermənini məğlub edən cüdoçumuz finala çıxdı

 Ermənini məğlub edən cüdoçumuz finala çıxdı
  26 Sentyabr 2019    Oxunub:3738
Qazaxıstanın Almatı şəhərində kadetlər arasında cüdo üzrə dünya çempionatı davam edir.

Azvision.az xəbər verir ki, yarışın ikinci günündə idmançımız Kamran Süleymanov (60 kq) otuzikidəbir finalda braziliyalı Felipe Limanı məğlub edib. Növbəti mərhələdə ukraynalı Vladislav Kazimirovu üstələyən cüdoçumuz səkkizdəbir finalda ermənistanlı Styopa Darbinyanı məğlubiyyətə uğradıb.
Dörddəbir finalda Qazaxıstan təmsilçisi Marlen Adilə qalib gələn K.Süleymanov yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi qırğızıstanlı Çingizxan Saqinaliyev olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, çempionatda ölkəmizi 18 cüdoçu təmsil edir.

Azvision.az



Teqlər: Cüdo   Dünya-Çempioatı  





Xəbər lenti