İşdən çıxan rektorla bağlı Rəsmi AÇIQLAMA

İşdən çıxan rektorla bağlı Rəsmi AÇIQLAMA
  09 Dekabr 2013    Oxunub:1180
Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin rekrorunun işdən çıxması xəbərinə rəsmi münasibət bildirib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib.

Bildirilib ki, qanunvericiliyə əsasən rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir.

İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti