Rövnəq Abdullayev Türkiyədə məktəb tikdirdi

Rövnəq Abdullayev Türkiyədə məktəb tikdirdi
  09 Dekabr 2013    Oxunub:1722
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Qars vilayətində peşə məktəbi tikdirib.

AzVision.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Təməli Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan tərəfindən qoyulan məktəbin adı Heydər Əliyev adına Sənaye Liseyi adlanır.



Bu gün həmin məktəbdə Qars valisi Eyyub Təpə və Azərbaycanın Türkiyədəki baş konsolu Ayxan Süleymanov yoxlama aparıblar. Vali Azərbaycan hökuməti tərəfindən tikilən məktəbin müasir standartlara cavab verdiyini bildirib. O, məktəbin açılış mərasimində baş nazir R.T.Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsini arzuladığını bildirib.

22 hektar ərazidə inşa olunan Heydər Əliyev adına Sənaye Peşə Məktəbində 32 dərslik, yataqxana, yeməkxana, konfrans zalı, qapalı idman zalı, atelyelər olacaq. Sabah məktəbdə ilk zəng çalacaq.








Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti